Azərbaycancaaz
Mir.az » Resept » Souslara Batıra- Batıra : Alma Lokması Resepti

Souslara Batıra- Batıra : Alma Lokması Resepti

26
asan resept,asan yemək resept,sadə resept
65 calories, 6 grams fat
Souslara Batıra- Batıra : Alma Lokması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Meyvəli desertləri sevənlər bura gəlsin! Çölü xırtıldayan, içi yumşaq,isti alma ilə doldurulmuş ləzzətli desert reseptimiz var və souslara batıra -batıra yeyə bilərsiniz. Üstəlik, olduqca asandır. 5 dəqiqədə hazırlanıb 5 dəqiqədə qızardılan bu deserti inqrediyentlərlə evdə hazırlaya bilərsiniz.
Qırmızı alma ilə hazırladığınız desert bir az daha şirin və yumşaq olsa da, yaşıl alma ilə hazırladığınız desert daha turş və daha sərt olur. Buna uyğun olaraq istədiyiniz alma növü ilə hazırlayıb zövqünüzə uyğun souslara batıra bilərsiniz. Üstünlüyü isə meyvəli, şokoladlı və karamelli sousa veririk.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

  • 3 ədəd alma
  • 1 stəkan un
  • 1 çay qaşığı duz
  • 1 paket qabartma tozu
  • 1/2 çay qaşığı darçın
  • 1 xörək qaşığı maye yağ
  • 300 ml qazlı su (soyuq)

  • Üzərinüçün:
  • 2 xörək qaşığı pudra şəkəri

Hazırlanma qaydası:

Almaları bir barmaq qalınlığında dilimləyin və ortasını çıxarın.
Bir qabda un, duz, qabartma tozu, darçın, yağ və sodanı yaxşıca qarışdırın.
Alma dilimlərini xəmirə batırın və qızdırılmış yağda qızılı rəng alana qədər qızardın.
Qızardılmış alma dilimlərinin üzərinə pudra şəkəri səpin.
İstədiyiniz sousa batırıb isti və ya soyuq halda yeyə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz