Bu Lokma Başqa Lokma: Türkiyə Mətbəxindən Süd Lokması Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Lokma resepti.
Çölü xırtıldayan, içi yumşaq olan bu lokma reseptini bəyənəcəksiniz! Süd lokması bildiyiniz bütün lokmalardan, bütün desert reseptlərindən çox fərqlidir. Hazırlayıb dadına baxa bilərsiniz

NEÇƏ NƏFƏR ÜÇÜN
3 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
1 stəkan su1 stəkan şəkər tozu (+1 xörək qaşığı)
1 çay qaşığı limon suyu
1 stəkan süd (200 ml )
1/2 stəkan mannı
1 xörək qaşığı maye yağ
1 ədəd yumurta
Hazırlanma qaydası:
Şərbət üçün su,şəkər tozu və limon suyunu qaynadın.
Şərbətin soyuması üçün kənara qoyun. (İstifadə etməzdən əvvəl şərbət tamamilə soyumalıdır.)
Ayrı bir qazanda südlə mannını bişənə qədər qarışdırın.Bişdikdən sonra soyuması üçün kənara qoyun.
Soyuduqdan sonra üzərinə 1 xörək qaşığı yağ və yumurta əlavə edib yaxşıca yoğurun.
Tavaya çoxlu yağ əlavə edin.Mannı qarışığından xırda toplar hazırlayıb soyuq yağın içərisinə atın (Hazırlayarkən əlinizə yapışmaması üçün əlinizi ara-sıra yüngülcə yağlayın) və qızarana qədər vaxtaşırı çalxalayaraq bişirin.
İsti lokmaları soyumuş şərbətə atıb qarışdırın və sonra servis boşqabına qoyub sevdiklərinizlə bölüşün.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz