Azərbaycancaaz
Mir.az » Resept » Rəngi İçinizi İsitsin: Kök Şorbası Resepti

Rəngi İçinizi İsitsin: Kök Şorbası Resepti

172
asan resept,asan yemək resept,sadə resept
440 calories, 4 grams fat
Rəngi İçinizi İsitsin: Kök Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Kök şorbası "crecy soup" adlanan fransız klassikidir. Digər şorbalarla müqayisədə fərq; qatılaşması üçün un deyil, düyü istifadə edilməsidir.
Tərkibindəki şəkər miqdarını azaltmaq üçün və bir az da damaq dadına uyğunlaşdırmaq üçün orijinaldan fərqli olaraq bir neçə kiçik ədviyyat əlavə etməklə resepti fərqli etdik.
Yeni zövqlərə açıq və qərəzsiz mətbəxi sevirsinizsə, bu resept sizin üçündür.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

  • 3 ədəd orta ölçü kök
  • 1 ədəd böyük ölçü soğan
  • 1/2 stəkan düyü
  • 5 böyük stəkan isti toyuq suyu (və ya isti içməli su)
  • 1 xörək qaşığı maye yağ
  • 1 xörək qaşığı kərə yağı
  • 1/3 çay qaşığı hil
  • 1/3 çay qaşığı ardıc toxumu
  • 1 diş sarımsaq
  • 1/2 çay qaşığı qara istiot
  • 1 çay qaşığı duz

Hazırlanma qaydası:

Soğanları doğrayıb qovurmağa başlayın.
1-2 dəqiqədən sonra kərə yağını əlavə edin və ardı ilə yerkökü atıb qovurmağa davam edin.
1 dəqiqə sonra düyü və toyuq bulyonu əlavə edin.
Toyuq bulyonunu əlavə etdikdən sonra 1 diş doğranmış sarımsaq, qara istiot ,hil və xırdalanmış ardıc toxumunu şorbaya əlavə edin.
Su qaynamağa başlayanda istiliyi azaldın.
Yerkökü yumşalana və düyü bişənə qədər bişirməyə davam edin.
Hər şey yaxşıca bişdikdən sonra şorbanı blenderdən keçirdin.
Sonda duz əlavə edib şorbanızdan ləzzət ala bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz