Damaqlar Şənlənsin: Limonlu Sarımsaqlı Spagetti Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Spagetti makaronların ən ləzzətlilərindən biridir. Mir.a qovrulmuş sarımsaq və limonla əfsanəvi dada sahib olan spagetti reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
1/2 paket spagetti1 paket maye qaymaq
1/2 çay qaşığı un
1 baş sarımsaq ( 3-ü istifadə olunacaq)
1 ədəd limonun qabığı
1/2 ədəd limonun suyu
1 ovuc doğranmış cəfəri
1 xörək qaşığı kərə yağı
2 çay qaşığı duz
1/4 çay qaşığı qara istiot
Üzəri üçün:
1 çimdik doğranmış cəfəri
1 çimdik limon qabığı
Hazırlanma qaydası:
Spagettini qaynar suya əlavə edib 10 dəqiqə qaynadın.
Bu vaxt sarımsağın üzərinə yağ əlavə edib yağlı kağız ilə bükün və 190 dərəcədə isidilmiş sobada 20 dəqiqə bişirin.
Kərə yağını tavaya əlavə edib əridin. 3 diş qovrulmuş sarımsağı ( qalan sarımsağı 3-6gün soyuducuda saxlayıb istifadə edə bilərsiniz) da əlavə edib bir az qızardın.Ardı ilə üzərinə limon suyu, un əlavə edib qoxusu çıxana qədər qarışdırın.
Bir az qarışdırdıqdan sonra qaymağı əlavə edib yenidən qarışdırmağa davam edin.
Sonda cəfəri əlavə edib duz və istiot səpin.
Süzdüyünüz spagettini souslu tavaya əlavə edib qarışdırın.
Qarışdırdıqdan sonra üzərini sürtgəcdən keçilmiş limon qabığı və doğranmış cəfəri ilə bəzəyib süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz