Azərbaycancaaz
Mir.az » Resept » Əfsanə Ləzzətə Yer Açın: Sobada Toyuq Baget Resepti

Əfsanə Ləzzətə Yer Açın: Sobada Toyuq Baget Resepti

24
asan resept,asan yemək resept,sadə resept
360 calories, 3 grams fat
Əfsanə Ləzzətə Yer Açın: Sobada Toyuq Baget Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Yumşaq tərəvəzlərlə sobada bişmiş xırtıldayan toyuq budları nahar və şam yeməyinin ən gözəl yeməklərindəndir.Mir.az sobada toyuq baget reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

60 dəqiqə

Tərkibi:

9 ədəd toyuq budu
1/4 stəkan zeytun yağı
2 diş sarımsaq
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı üyüdülmüş qırmızı bibər tozu
2 çay qaşığı acı bibər tozu
1 çay qaşığı kəklikotu
1 ədəd soğan (böyük doğranmış)
1 ədəd kartof (kub doğranmış)
1 ədəd kök (orta doğranmış)
2-3 ədəd doğranmış cəfəri (servis üçün)

Hazırlanma qaydası:

Bir qaba zeytun yağı,kəklikotu,acı bibər tozu,qırmızı bibər tozu,duz, qara bibər və sarımsaq əlavə edib qarışdırın.
Sousu toyuqlara əlavə edib hər tərəfinə bulayın. Toyuqlara tərəvəzləri əlavə edib yaxşı qarışdırın ki, sous hər tərəfə keçsin.
Əvvəlcədən 190 dərəcə qızdırılmış sobanın orta rəfində 1 saat bişirin.
Toyuqlarınız hazırdır. Ümid edirəm ki, xoş süfrələrinizdə sizi müşayiət edəcək.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz