Azərbaycancaaz
Mir.az » Resept » Çayın Yanına : Damla Şokoladlı , Kakaolu Peçenye Resepti

Çayın Yanına : Damla Şokoladlı , Kakaolu Peçenye Resepti

176
asan resept,asan yemək resept,sadə resept
3025 calories, 30 grams fat
Çayın Yanına : Damla Şokoladlı , Kakaolu Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Ağzınızda əriyən ləzzətli peçenye reseptimiz var! Südlə dadlı olacaq peçenye reseptimiz üçün qollarınızı çırmalayın. Mir.az şokoladlı peçenye resepti üçün sizi mətbəxə dəvət edir. İndi isə uğurlar.

NEÇƏ NƏFƏR ÜÇÜN

30 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

125 qram marqarin (Otaq temperaturunda)
1/2 stəkan maye yağ
1 stəkan şəkər tozu
1 ədəd yumurta
3 xörək qaşığı kakao
1 stəkan damla şokolad
1 paket vanil
1 paket qabartma tozu
3 stəkan un (apardığı qədər )

Hazırlanma qaydası:

Undan başqa bütün inqrediyentləri qarışdırma qabına qoyub qarışdırın. Nəhayət, unu nəzarətli şəkildə əlavə edib yumşaq xəmir alınana qədər yoğurun.
Xəmiri 20 dəqiqəlik soyuducuya yerləşdirin.
Soyuducudan çıxarıb xəmirdən qoz böyüklüyündə parçalar düzəldin və damla şokolada batırın.
Yağlı kağızı sərilmiş soba qabına qoyub 170 dərəcədə sobada bişirin.
Bişdikdən sonra çay və ya qəhvənin yanında süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz