Azərbaycancaaz
Mir.az » Resept » Dəniz Əsintisi : Krevetka Güvəc Resepti

Dəniz Əsintisi : Krevetka Güvəc Resepti

243
asan resept,asan yemək resept,sadə resept
220 calories, 2 grams fat
Dəniz Əsintisi : Krevetka Güvəc Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Daim toyuq və ət xörəklərindən güvəc hazırlamaqdan bezənlər varmı? Adətən çöldə istifadə etdiyimiz və kərə yağında acı bibər tozu ilə hazırlanan krevetkaları biz bu dəfə tərəvəzlərlə bir araya gətirib üzərinə də biraz çedar pendiri qoyduq. Nəticədə ləzzətli krevetkalı güvəc ortaya çıxır. Evdə rahatlıqla hazırlaya biləcəyiniz bu ləzzət krevetka sevməyənləri belə sevdirəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 xörək qaşığı maye yağ
1 ədəd soğan
2 ədəd yaşıl bibər
10 ədəd göbələk
2 ədəd sarımsaq (dilimlənmiş)
3 ədəd pomidor (soyulmuş, doğranmış)
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
1/2 çay qaşığı acı bibər tozu
1/2 stəkan su
2 ədəd dəfnə yarpağl
12 ədəd jumbo karides (təmizlənmiş)
70 qram sürtgəcdən keçilmiş çedar pendiri

Hazırlanma qaydası:

Yağı tavada qızdırıb doğranmış soğanı əlavə edin və şəffaf olana qədər bişirin.
Üzərinə sıra ilə doğranmış yaşıl bibər, göbələk və dilimlənmiş sarımsağı əlavə edib bişirməyə davam edin. Hamısı yüngül rəngdə olduqdan sonra soyulmuş və doğranmış pomidorları əlavə edin.
Dərhal sonra ədviyyatları əlavə edib qarışdırın və su əlavə edin.Pomidorlar şirələrini buraxıb rəng almağa başlayandan sonra üzərinə dəfnə yarpaqlarını əlavə edib təmizlənmiş karidesləri töküb qarışdırın və 1-2 dəqiqədən sonra ocaqdan götürün.
Hazırladığınız qarışığı düz güvəcin üzərinə bərabər paylayın və üzərinə sürtgəcdən keçirilmiş çedar pendiri əlavə edib əvvəlcədən isidilmiş 185 dərəcə sobada 10 dəqiqə bişirin.
Sobadan götürdükdən sonra bir neçə dəqiqə gözləyin və süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz