Azərbaycancaaz
Mir.az » Resept » Süfrələr Rənglənsin : Şüyüdlü Qozlu Salat Resepti

Süfrələr Rənglənsin : Şüyüdlü Qozlu Salat Resepti

388
asan resept,asan yemək resept,sadə resept
2 qab calories, 2 qab grams fat
Süfrələr Rənglənsin : Şüyüdlü Qozlu Salat Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Pəhriz saxlayanlar və fərqli salat reseptləri axtaranlar sizin üçün reseptimiz var! Qarşınızda qoxusu ilə mətbəxə təravət qatacaq, dadı ilə resept dəftərlərində bir nömrəli yer tutan bir resept… Şüyüdlü qoz salatı resepti ilə pəhriz proqramına daha çox ləzzət və rəng gələcək.
Şüyüdün əsrarəngiz ləzzəti qarğıdalı və qoz ilə qarışdırılır. Zeytun yağı, nar şərab və limon əlavə olunduqda qarışıq salatın dadı zirvəyə çatır.
Rəngarəng görünüşü ilə də iştahınızı açacaq salatı hazırlamaq üçün sizi mətbəxə aparaq.İndidən uğurlar.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 qab nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

1 ədəd qırmızı bibər
6 ədəd turşu xiyar
50 qram konservləşdirilmiş qarğıdalı
1/2 dəstə şüyüd
1/2 stəkan qoz (incə doğranmış)
1 xörək qaşığı zeytun yağı
1 xörək qaşığı nar şərab
1/2 çay qaşığı duz
1/2 ədəd limon

Hazırlanma qaydası:

Əvvəlcə qırmızı bibərin toxumlarını çıxarın və kub formasında doğrayın.
Turşu xiyarı yuyub kvadrat formasında doğrayın.
Şüyüdləri incə doğrayın.
Doğranmış qoz və qarğıdalını bir kənarda saxlayın.
Bütün inqrediyentləri bir qaba töküb qarışdırın.
İçinə sousun inqrediyentlərini əlavə edib qarışdırmağa davam edin.Yağ, duz və limonun miqdarını zövqünüzə uyğun tənzimləyə bilərsiniz.
Salat hazırdır. Süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz