Azərbaycancaaz
Mir.az » Resept » Şokoladlı və Fındıqlı Peçenye Resepti

Şokoladlı və Fındıqlı Peçenye Resepti

22
asan resept,asan yemək resept,sadə resept
1025 calories, 10 grams fat
Şokoladlı və Fındıqlı Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Ağızda əriməsi ilə yeyənləri heyran edəcək ləzzətli fındıqlı peçenye resepti ilə qarşınızdayıq. Mir.az çay saatlarında və ya kofe ilə süfrəyə verə biləcəyiniz resepti təqdim edir.
Yeyən hər bir şəxs resept istəyəcək və bir daha yemək istəyəcək.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 110 qram kərə yağı
  • 1/2 stəkan şəkər tozu
  • 1 ədəd yumurta sarısı
  • 1 ədəd yumurta ağı
  • 1 paket vanil
  • 210 qram un
  • 1 stəkan fındıq
  • 1 çimdik duz

Hazırlanma qaydası:

Yumurta sarısı və şəkəri mikserlə azca çalın. Duzsuz kərə yağı və vanili əlavə edib çalmağa davam edin.
Un və duz əlavə edib yoğurun.
Xəmiri streç sellofana büküb 20 dəqiqə soyuducuda saxlayın (xəmirin dincəlməsi və əllərinizə yapışmaması üçün vacibdir).
Dincəlmiş xəmirdən qoz böyüklüyündə toplar hazırlayın və barmağınızla ortasında oyuq açın.
Hazırlanan topları əvvəlcə yumurta ağına sonra isə fındığa batırıb əvvəlcədən isidilmiş 180 dərəcə sobada 20 dəqiqə bişirin.
Sobadan çxarıb otaq temperaturunda soyuduqdan sonra ərinmiş şokoladı əlavə edib çay və ya qəhvənin yanında süfrəyə verin.


NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz