Forma Vermə Dərdi Yox : Tava Peçenyesi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Peçenye resepti.
Sizin zövq dəqiqələrinizə sevinc qatacaq bir desertlə tanış edək.Hazırlanması çox asan , dadı isə çox ləzzətlidir. Servis etdiyiniz zaman üzərinə bir qaşıq dondurma qoymağı unutmayın.
Dəmir tavada bişirildiyi üçün üstü xırtıldayan,içi isə bir az nəm olur.İçinə şokolad da daxil oldumu dadından doymaq olmur.
Hazırladığınız peçenye xəmirini soyuducuda bir gecə saxladıqdan sonra bişirməyi məsləhət görürük. Elə isə çox uzatmadan Mir.az sizi tava peçenyesi reseptinin hazırlanma qaydasını təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
120 qram otaq temperaturunda kərə yağı3/4 stəkan şəkər tozu
2 ədəd yumurta
2,5 stəkan un
1/2 stəkan damla şokolad
1 paket vanil
1.5 çay qaşığı qabartma tozu
Hazırlanma qaydası:
Kərə yağını mikserlə qaymaqlı kimi olana qədər yaxşıca çalın.Üzərinə şəkər tozu əlavə edin və şəkər tozu həll olunana qədər orta dərəcədə 5 dəqiqə daha çalın.
Yumurtaların hər birini bir-bir əlavə edin və hər yumurta əlavə etdikdən sonra yaxşıca çalın.
Bu qarışıma un, qabartma tozu və vanili əlavə edib yumşaq, ələ yapışmayan peçenye xəmiri alınana qədər yaxşıca yoğurun.
Sonda damla şokolad əlavə edib yaxşıca yoğurun və streç sellofana büküb soyuducuda 1 saat ,vaxtınız yoxdursa 15-20 dəqiqə saxlayın.( 1 gün də soyuducuda saxlaya bilərsiniz.)
Çuqun tavanı yağlayın.Peçenye xəmirini əlinizlə və ya oxlov vasitəsi ilə açıb içinə yayın və əvvəlcədən isidilmiş sobada 170 dərəcədə 20 dəqiqə bişirin.
Sobadan çıxarın və bir müddət dincəldikdən sonra çay və ya qəhvənin yanında süfrəyə verin.
NUŞ OLSUN 😋.

Şərhlər 0
Şərh Yaz