Günlərlə Köhnəlməyən : Az Duzlu Peçenye Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Peçenye resepti.
Ağızda əriyən və uzun müddət təravətini saxlayan xırtıldayan peçenyeyə kim yox deyə bilər? Üstəlik, tək bir xəmirdən müxtəlif formalar hazırlamaq mümkündür.Budur Mir.az resepti sizə təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
250 qram otaq temperaturunda marqarin2 xörək qaşığı maye yağ
2 xörək qaşığı sirkə
2 xörək qaşığı şəkər tozu
1 çaynqaşığı duz
1 paket qabartma tozu
3 su şüşəsi un
Üzəri üçün:
2 ədəd yumurta sarısı
2 çay qaşığı qara zirə (istəsəniz küncüt)
Hazırlanma qaydası:
Dərin bir qaba 250 qram marqarin, maye yağ, sirkə, şəkər tozu və duz töküb qarışdırın.
Üzərinə az-az un əlavə edib yoğurmağa başlayın. Bu vaxt xəmirə qabartma tozunu əlavə edin və lazım gələrsə yenidən un əlavə edib bərk xəmir yoğurun.
Xəmiri istədiyiniz formada düzəldin və üzərinə yumurta sarısı çəkib qara zirə və ya küncüt səpin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada üzəri qızarana qədər bişirin.
Bişdikdən sonra çayın yanında süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz