Azərbaycancaaz
Mir.az » Resept » Fincanda Asan Desert Resepti

Fincanda Asan Desert Resepti

38
asan resept,asan yemək resept,sadə resept
5 calories, 5 grams fat
Fincanda Asan Desert Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Bu deserti daddıqdan sonra onu hər zaman etmək istəyəcəksiniz. Çünki çox asan və çox dadlıdır. Şirniyyata can atdığınız zaman əliniz həmişə ilk olaraq bu reseptə keçəcək. Ona görə də deyirik ki, sınayın. İndidən sizə uğurlar!

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

1 paket biskvit (darçınlı və yağlı)
1 qutu qaymaq ( 200ml )
1/2 stəkan şəkər tozu
1 kasa qarışıq giləmeyvə

Hazırlanma qaydası:

Əvvəlcə biskvitləri toz halına gətirin.
Kremi hazırlamaq üçün qaymağa şəkər tozunu əlavə edib mikserlə krem halına gələnə qədər çalın.
Giləmeyvələri hazırlayın.
İlk olaraq stəkanlara darçınlı biskvit tozunu töküb üzərinə krem və onun üzərindən isə giləmeyvə əlavə edin.
Bu prosesi stəkan dolana və inqrediyentlər bitənə qədər təkrarlayın.
Hazırladıqdan sonra soyuması üçün soyuducuya yerləşdirin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz