Türkiyə Mətbəxindən: Revani Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
İndiyə qədər yediyiniz ən dadlı və ən yüngül revani resepti. Bunun sirri qatıqdan istifadə etməkdədir. Qatığın sayəsində köpmüş olur və şərbəti canına çəkir. Mir.az revani keks reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
3 ədəd yumurta1 stəkan qatıq
1 stəkan maye yağ
2 paket vanil
1 paket qabartma tozu
1 çay qaşığı limon qabığı
1 desert qaşığı portağal qabığı
1.5 stəkan şəkər tozu
2 stəkan un
Şərbət üçün:
2,5 stəkan su
2,5 stəkan şəkər tozu
6-7 damcı limon suyu
Hazırlanma qaydası:
Şərbət üçün şəkər tozunu həll olunana qədər bir qazanda su ilə qaynadın.Sonra içərisinə bir neçə damcı limon suyu əlavə edib ocaqdan götürün və soyumağa buraxın.
Otaq temperaturundakı yumurtaları şəkər tozu ilə yaxşıca çalın.Üzərinə un istisna olmaqla digər inqrediyentləri əlavə edib yaxşıca qarışdırın.Xəmirin maye halında olması üçün az-az un əlavə edin.
Xəmiri yağlanmış düzbucaqlı orta ölçülü şüşə qaba ( borcama) töküb üstü qızarana qədər təxminən 25-30 dəqiqə bişirin.
Daha sonra sobadan çıxan keksin üzərinə otaq temperaturunda soyumuş şərbəti tökün.
Keksi dilimləyin və şərbəti udmasını gözləyin.
Şərbəti canına çəkilən kimi süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz