Meksikaya Gedirik: Toyuqlu Quesadilla Resepti
Yemək Haqqında:
Meksika mətbəxindən Qəlyanaltı resepti.
Bu gün sizə çox ,amma çox dadlı, fərqli, asan, inqrediyentlərlə zəngin olan yeməkdən danışacağam: Quesadilla.
Meksika mətbəxinə xas olan kesadillanın ən əhəmiyyətli xüsusiyyəti pendirin bol olmasıdır. Onun adı ispanca pendir mənasını verən queso sözündən götürülüb. Mir.az quesadilla reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
2 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
10 dəqiqəTərkibi:
2 ədəd lavaş1/2 ədəd toyuq filesi (və ya bud)
6-7 ədəd göbələk
2 ədəd qırmızı bibər
1/2 stəkan konservləşdirilmiş qarğıdalı
2 stəkan çeddar pendiri
1 çimdik duz
1 çimdik qara istiot
2 xörək qaşığı maye yağ
Hazırlanma qaydası:
Tavaya yağ əlavə edib kub şəklində doğradığınız toyuq ətini suyu çəkilənə qədər qovurun.
Yarım ay şəklində doğradığınız qırmızı bibəri və iri doğradığınız göbələkləri əlavə edib yumşalana qədər qızardın.
Qarğıdalı və ədviyyatları əlavə edib son dəfə qarışdırın və soteni ocaqdan götürün.
Lavaşın yarısına hazırladığınız içlikdən yaxşıca yayın və üzərinə sürtgəcdən keçirilmiş çedarın yarısını səpib lavaşı bağlayın.
Eyni prosesi ikinci lavaş üçün də təkrar edin.
Hazırladığınız lavaşları yapışmayan tavaya qoyub hər iki tərəfi yaxşı qızarana qədər bişirin.
( Bu zaman çedar əriyəcək).
Bişmiş lavaşları süfrəyə qoyub ləzzətlə yeyə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz