Azərbaycancaaz
Mir.az » Resept » Yumşaq və Ləzzətli : Limonlu Pancake Resepti

Yumşaq və Ləzzətli : Limonlu Pancake Resepti

35
asan resept,asan yemək resept,sadə resept
215 calories, 2 grams fat
Yumşaq və Ləzzətli : Limonlu Pancake Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Səhər yeməyi süfrələrinizdə mürəbbə və marmeladlarla birlikdə yeyə biləcəyiniz pancakeləri uşaqlarınız çox bəyənəcək. Axtardığınız limonlu pancake resepti ilə qarşınızdadır.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

2 ədəd yumurta
2 xörək qaşığı şəkər tozu
1 stəkan süd
1.5 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
1 çay qaşığı limon qabığı

1/2 stəkan maye yağ
(yemək bişirmək üçün)

Hazırlanma qaydası:

Pancake hazırlamaq üçün əvvəlcə yumurta və şəkər yaxşıca çalınır.
Üzərinə süd, un, qabartma tozu, vanil, sürtgəcdən keçilmiş limon qabığı əlavə edib çalma prosesinə davam edin.
Teflon və ya yapışmayan tavaya bir az yağ töküb qızdırın və 1 böyük qaşıq xəmir töküb hər iki tərəfini bişirin.
Bişdikdən sonra üzərinə pudra şəkər səpərək və ya bal tökərək yeyə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz