Ləzzətinə Doymaq Olmaz :Küftə Çanağında Yumurta Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Artıq bildiyiniz reseptlərə yenisini əlavə etməyin vaxtıdır! Dadını və yumşaqlığını soğan suyundan alan, ləzzətli ədviyyatlarla zənginləşən küftə resepti... Qurumasın deyə bir az su töküb sobada bişirilir. Yumurta və holland pendiri çuxura daxil olur və qısa müddətdə bişirilərək süfrəyə qoyulur.
Sizi hər dişləmənizdə zülal və ləzzətə doyduracaq, hətta yumurta sevməyənləri belə yumurtaya sevdirəcək ləzzətli reseptimizi hazırlamağa nə deyirsiz ?

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
550 qram qiymə5 xörək qaşığı zeytun yağı
1 orta ölçü soğanın suyu
1 çay qaşığı qara istiot
1 çay qaşığı kimyon
1.5 çay qaşığı bibər pastası
1 qaşığı acı bibər tozu
1 çay qaşığı qırmızı bibər tozu
1 çay qaşığı ətotu ( mərzə ,bibəriyə )
2 diş sarımsaq ( sürtgəcdən keçilmiş )
4 xörək qaşığı çörək qırıntıları (istəyə görə köhnə çörək)
İçlik üçün:
6-7 ədəd kiçik ölçü yumurta
100 qram holland pendiri (sürtgəcdən keçilmiş)
Hazırlanma qaydası:
Bütün küftə inqrediyentlərini bir qaba töküb yoğurun.
Yoğrulmuş qiyməni streç sellofana büküb bir neçə saat soyuducuya yerləşdirin.
Hazırladığınız qiymədən ovuç içi böyüklüyündə parçalar götürün və orta hissəsi boş olmaqla əllərinizlə qab şəklini verin.
Şüşə qabı ( borcamı )yağlayıb 3/4 çay stəkan su əlavə edin və hazırladığınız küftə çanaqlarını içinə qoyun. Əvvəlcədən isinmiş sobada 180 dərəcədə 15-20 dəqiqə bişirin.
Bişdikdən sonra çıxarıb ortasına 1 çay qaşığı holland pendiri və yumurta vurub yenidən bişirin. İstəyirsinizsə, yumurtanın üzərinə duz və istiot səpin.
Yumurta istədiyiniz, bəyəndiyiniz kimi bişdikə sobada çıxarıb isti halda süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz