Qiymə Kababı: Kilis Tava Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Kilis tava adından da göründüyü kimi, Kilisə xas olan yerli yeməkdir. Bir çox bölgələrdə fərqli adları olan nimçə kabablarına çox bənzəsə də, Kilis tava özünəməxsus xüsusiyyətləri və dadı olan bir yeməkdir.
Orijinalı qiymə ilə hazırlanır və içindəki tərəvəz və ədviyyatlarla birləşdirilərək mükəmməl formaya gətirilir.
Kilis tava resepti dadı, hazırlanması və görünüşü ilə ən çox sevdiyiniz ziyafət yeməklərindən biri olacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
40 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
500 qram quzu qiyməsi1 ədəd soğan (incə doğranmış)
2 ədəd pomidor (incə doğranmış)
4 ədəd yaşıl bibər (incə doğranmış)
1 ədəd qırmızı bibəri (incə doğranmış)
1 çimdik cəfəri (incə doğranmış)
2 xörək qaşığı maye yağ
2 diş sarımsaq
1 xörək qaşığı bibər pastası
1 xörək qaşığı tomat pastası
1.5 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı kimyon
2 ədəd badımcan (zolaqlara kəsilmiş, duzlu suda isladılmış)
Hazırlanma qaydası:
Qiyməni dərin bir qaba tökün və badımcandan başqa bütün ərzaqları əlavə edib qarışdırıb yoğurun.
Yoğrulmuş qiyməni büküb 1 saat soyuducuya yerləşdirin.
İncə ,uzun formada doğradığınız badımcanları duzlu suda isladıb qurudun. Bir nimçəni və ya şüşə qabı ( borcamı) yağlayın və içinə dilimlənmiş badımcanları düzüb üzərinə bir az duz səpin.
Soyuyan qiyməni badımcanların üzərinə bərabər şəkildə yayın və bıçaqla üçbucaq şəklində doğrayıb bibər və pomidorla bəzəyin.
Əvvəlcədən isidilmiş 180 dərəcə sobada 30 dəqiqə bişirin.
Bişdikdən sonra isti halda servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz