Sobada Bişən Ləzzət: Şişdə Kotlet Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Evdə asan, lakin fərqli bir kotlet hazırlamağa nə deyirsiz? Bütün ev əhli- ən çox da uşaqlar onu çox sevəcək. Mir.az şişdə kotlet reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
35 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
500 qram çəkilmiş mal əti2 diş sarımsaq
1 ədəd soğan
1 çay qaşığı kimyon
1 çay qaşığı qara istiot
1 çay qaşığı acı bibər tozu
1 çay qaşığı duz
1/3 stəkan süd
1/3 stəkan su
1 çay qaşığı soda
1/2 dəstə şüyüd
1/2 dəstə cəfəri
2 dilim çörək qırıntısı
1 ədəd yumurta
2 ədəd qırmızı soğan (şişdə kotletlərin arasına qoyulacaq.)
Hazırlanma qaydası:
Qiyməni böyük bir qaba töküb üzərinə çörək qırıntılarını əlavə edib yaxşıca yoğurun.
Soğanları incə doğrayın və suyunu sıxıb qiyməyə əlavə edin.
Sarımsağı əzib qarışığa əlavə edib bütün inqrediyentlərlə qarışdırın.
Üzərini streç sellofanla örtüb 30 dəqiqə soyuducuda saxlayın.
Soyuducudan çıxardıqdan sonra ərik böyüklüyündə toplar düzəldin.
Qırmızı soğanı çox incə halqalara doğrayın.
Kotletləri və soğanları şişə düzüb yağlı kağızla örtülmüş soba nimçəsinə qoyun və əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 25 dəqiqə bişirin.
Bişdikdən sonra arzu etdiyiniz qarnirlərlə süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz