Antep Fıstıqlı Şişdə Kotlet Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Kotletləri fərqli üsulla hazırlayıb püstə ilə zənginləşdirib şişlərdə və ya qrildə hissə-hissə bişirin.
Şişlərə pomidor, bibər, göbələk və ya hətta hellim pendiri də əlavə edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN
10 nəfərlikHAZIRLIQ VAXTI
30 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
600-qram orta yağlı mal əti qiyməsi1 ədəd orta ölçü soğan
3 xörək qaşığı püstə (əzilmiş, düyü boyda Antep fıstığı)
3 xörək qaşığı zeytun yağı
2 xörək qaşığı çörək qırıntıları
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
1/4 çay qaşığı kimyon
Servis üçün:
1/4 dəstə cəfəri
Hazırlanma qaydası:
Orta yağlı qiymənin üzərinə duz, istiot və kimyon , əlavə edin.
Kotletin içərisində görünməsin və dişə gəlməməsi üçün quru soğanı sürtgəcdən keçirdikdən sonra suyunu çıxarıb ayrıca qaba qoyun.
Qiyməyə soğan suyu, toz halında olan püstə, çörək qırıntıları və zeytun yağı ( zövqə görə quyruq yağı ) əlavə edib bütün maddələr qarışana qədər yoğurun.
Əgər ədviyyatların kotletlərə dad verməsini istəyirsinizsə,vaxtınız varsa,soyuducuda saxlayın.
Soyuducudan çıxardıqdan sonra qiyməni on bərabər hissəyə bölün və kənarlarında boşluqlar qoyaraq taxta şişlərin üzərinə çəkin.( Əlinizi yağa və ya suya batırın)
Hazırladığınız kotletləri manqalda qızarana qədər bişirin.
Hazır olsuqdan sonra xırda doğranmış cəfəri ilə bəzəyib süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz