Ərəb Mətbəxindən : Toyuqlu Fette Resepti
Yemək Haqqında:
Ərəbistan mətbəxindən Yemək resepti.
Əslində ərəb yeməyi olan fette bu dəfə sizin süfrələrinizi gözəlləşdirməyə gəlir. Hazırlanması çox asan olan bu dadlı yeməyi hər kəs çox bəyənəcək.
Əslində ərəb yeməyi olan fette bu dəfə sizin süfrələrinizi gözəlləşdirməyə gəlir. Hazırlanması çox asan olan bu dadlı yeməyi hər kəs çox bəyənəcək.
NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
Fette Resepti üçün TərkibiAlt qatbüçün:
1 ədəd çörək ( Ramazan pidesi )
3 xörək qaşığı zeytun yağı
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot
1 çay qaşığı sarımsaq tozu
Qatıq sousu üçün:
1.5 stəkan qatıq
2 xörək qaşığı tahin
1 çay qaşığı kimyon
Digər Tərkibi:
1 stəkan qaynadılmış noxud
200 qram qaynadılmış toyuq budu (didilmiş)
1 çay qaşığı kərə yağı
1 çay qaşığı üyüdülmüş qırmızı bibər tozu
Hazırlanma qaydası:
Noxudu bir gecədən isladıb ertəsi gün qaynadın.
Toyuq ətinə 1 çay qaşığı duz atıb qaynadın və didin.
Çörəyi kub şəklində doğrayıb 3 xörək qaşığı zeytun yağı, duz, qara bibər tozu və sarımsaq tozu ilə qızardın.
Süzmə qatıq, tahin və kimyonu çəngəl ilə çalın.
Şüşə qaba (borcam) ədviyyatlı çörəyi və onun üzərinə qaynadılmış noxud və didilmiş toyuğu tökün.
Sonda qatıqlı sousu tökün və qırmızı bibərli ,ədviyyatlı ərinmiş kərə yağı gəzdirin.
Hazırdır. Süfrəyə verə bilərsiniz.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz