Azərbaycancaaz
Mir.az » Resept » Damaqlar Şənlənsin : Toyuq Qızartması Resepti

Damaqlar Şənlənsin : Toyuq Qızartması Resepti

29
asan resept,asan yemək resept,sadə resept
630 calories, 6 grams fat
Damaqlar Şənlənsin : Toyuq Qızartması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Məlum məsələdir ki , toyuq qızartmasını hamı sevir. Hələ o toyuq qızartmasının üstü xırtıldayan, içi sulu olduqda dadından heç doymaq olmur. 1,2,3nü yeməklə kifayətlənməyib hamısını yemək istəyirsen. Odur ki , Mir.az üstü xırtıldayan içi sulu toyuq qızartması reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

1,5 kq toyuq əti (döş və ya bud)

Sous üçün:
2 ədəd yumurta
2-3 xörək qaşığı yağ
2 diş sarımsaq
Acı bibər tozu, kəklikotu,qara bibər, köri (1 çay qaşığı kifayətdir)
1 çay qaşığı duz

Bulamaq üçün:
Qarğıdalı topaları ( mısır gevreği)

Hazırlanma qaydası:

Yumurta, yağ, əzilmiş sarımsaq, ədviyyat və duzu qarışdırın.
Julienne doğranmış toyuq ətini sousa batırın və mümkünsə 2 saat soyuducuda saxlayın.
Qarğıdalı lopalarını əlinizlə yavaşca əzin və toyuqları batırıb yağlı kağızla örtülmüş soba qabına düzün və əvvəlcədən 180 dərəcə isidilmiş sobada yarım saat bişirin.( Diqqət edin ki, toyuqlar çox qurumasın.)
Bişdikdən sonra süfrəyə verə bilırsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz