Bol İnqrediyentli: Közdə Badımcanlı Bibərli Salat Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Salat resepti.
Salat reseptləri süfrələrin sevimli dadlarından biridir. Bol inqrediyentlərlə dadlı, qovrulmuş badımcan və bibər salatı hazırlayıb xırtıldayan börəklə süfrəyə verin. Əminik ki,dadına , görünüşünə hər kəs heyran qalacaq.

NEÇƏ NƏFƏR ÜÇÜN
8 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
30 dəqiqəTərkibi:
4-5 ədəd badımcan3 ədəd qırmızı bibər
1/2 stəkan qoz ləpəsi (incə üyüdülmüş)
1/2 stəkan konservləşdirilmiş qarğıdalı
1 kasa süzmə qatıq (1-2 xörək qaşığı adi qatıq)
2 xörək qaşığı mayonez
1 diş sarımsaq
1 çay qaşığı duz
Üzəri üçün:
2 xörək qaşığı maye yağ
1 çay qaşığı istiot
1/2 stəkan incə üyüdülmüş qoz
Hazırlanma qaydası:
Badımcan və bibəri yuyub ocaqda və ya sobada qızardın və qabıqlarını soyun.Xırda doğrayıb suyunun süzülməsi üçün bir müddət süzgəcdə saxlayın.
Sous üçün qatıq, mayonez, sürtgəcdən keçilmiş sarımsaq və duzu qarışdırın. Digər inqrediyentləri də əlavə edib yenidən qarışdırın.
Üzəri üçün yağı qızdırıb qoz əlavə edib qarışdırın. Üzərinə istiot əlavə edib ocağın altını söndürün.
Badımcan salatını servis boşqabına qoyun və üzərinə qozu əlavə edin.
Zövqə görə xırtıldayan börəklə süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz