Azərbaycancaaz
Mir.az » Resept » Rəngi ilə İştah Açan : Əriştəli Köklü Salat Resepti

Rəngi ilə İştah Açan : Əriştəli Köklü Salat Resepti

394
asan resept,asan yemək resept,sadə resept
410 calories, 4 grams fat
Rəngi ilə İştah Açan : Əriştəli Köklü Salat Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Çox qısa müddətdə hazırlayacağınız bu salatın tərkibindəki maddələr bir vitamin anbarıdır! A, K, C, B6 kimi vitaminlərlə zəngin kök, sümük sağlamlığını qoruyan, tərkibində kalsium olan və immunitetinizi gücləndirən şüyüd, asan həzm olunan əriştə və sarımsağın saysız-hesabsız faydalarını birləşdirən bu salat qonaqlarınız tərəfindən bəyəniləcək. Mir.az əriştəli köklü salat reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

  • 1 stəkan əriştə (qaynadılmış)
  • 1 ədəd kök ( sürtgəcdən keçilmiş )
  • 1/3 dəstə şüyüd
  • 1 kasa qatıq
  • 1 xörək qaşığı mayonez
  • 3 diş sarımsaq
  • 1 ovuc qoz (zövqə görə)

Hazırlanma qaydası:

1 stəkan əriştəni 10 dəqiqə qaynadın.
Bir qabda 1 stəkan qaynadılmış əriştə, 1 ədəd sürtgəcdən keçilmiş və suyu sıxılmış kök və xırda doğranmış şüyüdü qarışdırın.
Başqa bir qabda bir kasa qatıq, 1 xörək qaşığı mayonez, 3 diş əzilmiş sarımsaq və duzu qarışdırıb hazırladığınız sousu salata əlavə edib yaxşıca qarışdırın.
Hazır salatınızı boşqaba qoyun və tavada qızdırdığınız zeytun yağı ilə qarışdırılmış qırmızı bibər tozunu üzərinə tökərək bəzəyin.
İstəsəniz salatınıza qoz da əlavə edə bilərsiniz.

Qeyd: Kökləri sürtgəcdən keçirdikdən sonra mütləq suyunu sıxın ki, salatınız sulu olmasın.
Qozdan bəzək üçün istifadə edin, çünki qoz salata çox yaraşır.


NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz