Azərbaycancaaz
Mir.az » Resept » Arzulanan Ləzzət : Qiyməli Kartof Topları Resepti

Arzulanan Ləzzət : Qiyməli Kartof Topları Resepti

15
asan resept,asan yemək resept,sadə resept
420 calories, 4 grams fat
Arzulanan Ləzzət : Qiyməli Kartof Topları Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Süfrəmizdə həmişə sulu yeməklərin, ət , balıq və ya toyuq yeməklərinin yanında qarnir kimi kartof püresi görmüşük... Amma bu dəfə bu vəziyyəti bir az dəyişmək istədik.
Ləzzətli yağda qovrulmuş qiyməni sadəcə qara bibər tozu ilə ləzzətləndirdik və püreyə dairəvi forma verib içərisini qiymə ilə doldurduq.
İstəsəniz limon sıxıb yeyə bilərsiniz və ya üzərinə bir dilim holland pendiri qoyub 5 dəqiqə sobada bişirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:


    Kartof topları üçün:
  • 5 ədəd kartof
  • 2 xörək qaşığınsüd
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığımqara istiot
  • 1/4 dəstə cəfəri

  • Qiyməli içlik üçün:
  • 250 qram qiymə
  • 1 çay qaşığı kərə yağı
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Qiymənin hazırlanması:
Tavanı qızdırın və kərə yağını əridib qiyməni əlavə edib qovurun.
Qovurduqdan sonra ədviyyatları əlavə edib soyuması üçün kənara qoyun.
Kartof toplarının hazırlanması:
Kartofu soyub bişənə qədər qaynadın və bişdikdən sonra çəngəllə əzin. Üzərinə süd, istiot və duz əlavə edib əzməyə davam edin.
Əzdiyiniz kaftofa ovucunuzda dairəvi forma verib ortasına baş barmağınızla basaraq deşik açın.
Qiyməni oraya əlavə edib yumru bir forma vermək üçün yenidən kartof əlavə edin. Kartof topları hazırdır!
Cəfəri yarpaqları ilə bəzəyib süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz