Azərbaycancaaz
Mir.az » Resept » Bu Dəfə Qiyməli : Təzə Lobya Resepti

Bu Dəfə Qiyməli : Təzə Lobya Resepti

18
asan resept,asan yemək resept,sadə resept
225 calories, 2 grams fat
Bu Dəfə Qiyməli : Təzə Lobya Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Hazırlanması və bişirilməsi çox asan və çox dadlı bir ləzzət -qiyməli lobya reseti. Sizdə axşama nə bişirsəm ?- deyə düşünürsünüzsə , bu ideal seçimdir. Hətta , bu resepti qış üçün hazırladığınız lobyalarla da hazırlaya bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 350 qram təzə lobya
  • 1 ədəd soğan
  • 2 diş sarımsaq
  • 50 qram qiymə
  • 1 xörək qaşığı tomat pastası
  • 1 ədəd pomidor
  • 4 xörək qaşığı zeytun yağı
  • 3 stəkan su
  • 1 çay qaşığı qırmızı bibər tozu
  • 1 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Lobyanı yuyub təmizlədikdən sonra istədiyiniz ölçüdə doğrayın.
Zeytun yağını tavaya əlavə edin və qızdıqdan sonra doğradığınız soğanı əlavə edib çəhrayı rəng alana qədər qovurun.
Ardı ilə xırda doğranmış sarımsağı və qiyməni əlavə edib qiymənin rəngi dəyişənə qədər qovurmağa davam edin.
Tomat pastasını əlavə edib təxminən 2 dəqiqə daha qovurduqdan sonra doğranmış pomidoru əlavə edin.
Sonda lobyanı əlavə edin və qapağı bağlı olaraq orta odda 5 dəqiqə bişirin. Beləliklə, lobya suyunu buraxacaq və yumşaq olacaq.Üzərinə qaynar su və ədviyyatlar əlavə edib yenidən qaynadın və aşağı istilikdə təxminən 20-25 dəqiqə bişirin.
Bişdikdən sonra ocaqdan götürüb isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz