Azərbaycancaaz
Mir.az » Resept » Əfsanə Bir Məzə: Tahinli Közlənmiş Qırmızı Bibər Məzəsi Resepti

Əfsanə Bir Məzə: Tahinli Közlənmiş Qırmızı Bibər Məzəsi Resepti

55
asan resept,asan yemək resept,sadə resept
320 calories, 3 grams fat
Əfsanə Bir Məzə: Tahinli Közlənmiş Qırmızı Bibər Məzəsi Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Qırmızı bibər ilə hər hansı resept heyrətamiz dərəcədə dadlı olduğu kimi, bu resept də bir o qədər mükəmməldir.O qədər dadlıdır ki, kaş ki, daha çox bişirəydim deyəcəksiniz.
Hazırlaması çox asan və dadlı məzədir. Mir.az tahinli közlənmiş qırmızı bibər məzəsi reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

3 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

6 ədəd qırmızı bibər
5 ədəd qoz
30 qram ağ pendir
3 diş sarımsaq
1 xörək qaşığı nar şərab
1 çimdik duz
1 çay qaşığı sirkə
3 xörək qaşığı zeytun yağı
1 çimdik cəfəri
2 xörək qaşığı tahin

Hazırlanma qaydası:

Bibərləri yuyub bıçaqla deşik atdıqdan sonra əvvəlcədən isidilmiş 200 dərəcə sobada təxminən 20 dəqiqə qızardın ( siz bibərləri ocaqda da qızarda bilərsiniz).
Qızarmış bibərlərin qabığını soyub incə doğrayın. Üzərinə xırda doğranmış pendir,əzilmiş sarımsaq, doğranmış qoz, xırda doğranmış cəfəri, zeytun yağı,nar şərab,duz və sirkə əlavə etdikdən sonra yaxşıca qarışdırın.
Üzərinə tahin tökdükdən sonra süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz