Azərbaycancaaz
Mir.az » Resept » Doyurucu və Asan: Sobada Pendirli Səndəl Bibər Resepti

Doyurucu və Asan: Sobada Pendirli Səndəl Bibər Resepti

21
asan resept,asan yemək resept,sadə resept
735 calories, 7 grams fat
Doyurucu və Asan: Sobada Pendirli Səndəl Bibər Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Dolğun,ətli və ağız sulandıran halı ilə qırmızı bibər yeməyin vaxtıdır.Özünəməxsus teksturası və doyurucu dadı ilə hər kəsin sevdiyi bu ləzzətli bibərlərdən sobada pendirli səndəl hazırlamağa nə deyirsiz?
O qədər ləzzətli, o qədər gözəldir ki, sadəcə baxanda insan doyur,sobadan çıxan qoxulara qarşı durmaq mümkün olmur.Ən gözəl süfrələrinizdə iştahaaçan və ləzzətli gözəllik görmək istiyirsizsə, Mir.az pendirli sobada səndəl bibər reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

7 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

35 dəqiqə

Tərkibi:

7 ədəd qırmızı bibər
1 kasa sürtgəcdən keçilmiş ağ pendir
1 kasa sürtgəcdən keçilmiş holland pendiri
3 ədəd təzə soğan
1 qaşığı qara zirə
1 ədəd yumurta
2 xörək qaşığı zeytun yağı (bibərin üzərinə sürtmək üçün)

Hazırlanma qaydası:

Bibərləri yaxşıca yuyub quruduqdan sonra fırçanın köməyi ilə üzərinə zeytun yağı çəkib yağlı kağızla örtülmüş soba nimçəsinə qoyub əvvəlcədən isidilmiş 200 dərəcə sobada 20 dəqiqə bişirin.
Bibərlər bişərkən içliyi hazırlayın.
Bir qabda pendirləri, xırda doğranmış soğanı, qara zirəni və yumurtanı qarışdırın.
(Sobadan çıxartdığınız bibərlərin üzərini örtüb 10 dəqiqə saxlasanız, qabıqları daha asan soyulacaq.) Bibərlərin qabığını soyub toxumlarını təmizləyin.
Toxumları təmizlədikdən sonra içinə hazırladığınız pendirli içliklə doldurub 180 dərəcə qızdırılmış sobaya qoyub pendirlər əriyənə qədər təxminən 15 dəqiqə daha bişirin.
Bişdikdən sonra isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz