Azərbaycancaaz
Mir.az » Resept » Rəngi ilə İştah Açar :Qırmızı Bibər Şorbası Resepti

Rəngi ilə İştah Açar :Qırmızı Bibər Şorbası Resepti

29
asan resept,asan yemək resept,sadə resept
525 calories, 5 grams fat
Rəngi ilə İştah Açar :Qırmızı Bibər Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Hazırlandıqdan sonra rəngi ilə görənlərin iştahını açacaq çox dadlı şorba reseptimiz var! Qırmızı bibər şorbası resepti ilə axşam yeməyinə ləzzətli başlanğıc hazırlayacaq və sevdiklərinizi isidəcəksiniz.Həm də çox asandır! Qırmızı bibərlər qovrulur, doğranır və qazana əlavə edilir.
İstəyirsinizsə, sürtgəcdən keçilmiş holland pendiri və bir az da qaymaq ​​əlavə edə bilərsiniz. Hər halda dadlı olacağına əminik.

NEÇƏ NƏFƏR ÜÇÜN

5 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

2 ədəd qrmızı bibər
2 xörək qaşığı un
1/2 stəkan süd
6 stəkan su
2 xörək qaşığı maye yağ
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Qırmızı bibərləri sobada və ya ocaqda qızardın.
Geniş dibli qazana un töküb iyi gələnə qədər qovurun.
Qovrulmuş qırmızı bibərləri doğrayın və yağı ilə birlikdə qazana töküb qarışdırın.
6 stəkan isti su əlavə edib aşağı istilikdə qaynamağa buraxın.
Bir müddət qaynadıb bişdikdən sonra şorbanı blenderlə əzin.
Əzdikdən sonra yarım stəkan süd əlavə edib qarışdırın və yenidən qaynamağa buraxın. .
Duz və istiot əlavə etdikdən sonra ocaqdan götürüb süfrəyə verin.
İstəsəniz sürtgəcdən keçilmiş pendir əlavə edib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz