Ən Asan Halı: Çörəküstü Lahmacun Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Sevimli dadlardan olan lahmacunu sevməyən yoxdur. Bu heyrətamiz yeməyin bir çox versiyası mövcuddur, lakin biz bu reseptə tamamilə fərqli bir pəncərədən baxdıq.Biz bibər pastası, qiymə və pomidor ilə gözəl içlik hazırladıq. Dəyərləndirmək istədiyimiz ,evimizdə qalan köhnə çörəyi tam fərqli bir ziyafətə çevirdik. Mir.az çörəküstü lahmacun reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
15 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
15 dilim çörəkİçlik üçün:
2 ədəd qırmızı bibər
2 ədəd yaşıl bibər
1 ədəd soğan
2 ədəd pomidor
1 xörək qaşığı tomat pastası
1 xörək qaşığı bibər pastası
1 çay qaşığı duz
1 çay qaşığı acı bibər tozu
1 çay qaşığı qara istiot
1 çay qaşığı üyüdülmüş qırmızı bibər tozu
1/2 dəstə cəfəri
200 qram qiymə (orta yağlı)
1/3 stəkan maye yağ
Sevis üçün:
1/4 dəstə cəfəri
1/2 ədəd limon
Hazırlanma qaydası:
İçlik üçün pomidor və soğanın qabığını soyun.
Bibərlərin tumlarını çıxarıb iri hissəyə bölün. Cəfərinin çubuqlarını kəsin.
Bütün tərəvəzləri, tomat pastası, ədviyyat və cəfərini mətbəx robotundan keçirib püre halına gətirin.
Qarışığa qiymə, yağ əlavə edib robotdan keçirməyə davam edin.
Çörəkləri yağlı kağızı ilə örtülmüş nimçəyə qoyun və bir qaşıq nazik təbəqə içlik çəkib 200 dərəcəyə qədər qızdırılmış sobada 15-20 dəqiqə kənarları qızarana qədər bişirin.
Bişdikdən sonra cəfəri və limonla isti halda servis edin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz