Yumşaq Bişər: Sobada Bibər Dolması Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Yemək resepti.
Üzəri qızarmış , içi yumşaq, dadlı bibər dolması resepti Mir.az’da! Bu asan bişmiş bibər dolması resepti axşam yeməyində damaqlarınızı şənləndirməyə gəlir.

NEÇƏ NƏFƏR ÜÇÜN
9 nəfərlikHAZIRLIQ VAXTI
20 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
50 dəqiqəTərkibi:
İçlik üçün:200 qram qiymə
1 stəkan düyü
7-8 ədəd cəfəri
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı bibər pastası
1 ədəd kiçik ölçü pomidor (içi üçün)
2 böyük ölçü pomidor( üzəri üçün)
9 ədəd yaşıl bibər
1/2 çay fincanı zeytun yağı
Sous üçün:
1 xörək qaşığı tomat pastası
2 stəkan isti su
Hazırlanma qaydası:
Düyü, qiymə, tomat pastası, cəfəri, xırda doğranmış pomidor, ədviyyat və yağı qarışdıraraq içliyi hazırlayın.
Bibərlərin içini çıxarıb içliklə doldurun,amma çox doldurmayın. Sonra bibərin ağzını iri doğradığınız pomidorla bağlayıb bibərdə bıçaqla 4-5 deşik açın.
Üzərinə yağlı tomat pastası sousunu tökün və əvvəlcədən isidilmiş 160 dərəcə sobada ən aşağı gözdə 40-50 dəqiqə bişirin.
Üzəri qızarandan sobadan çıxarıb isti halda süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz