Çayın Yanına Çox Yaraşacaq: Portağallı Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Bəlkə də yeyib-içdiyinizə daha çox diqqət yetirdiyiniz, sağlam yaşamağa çalışdığınız bir dövrdəsiniz. Fələkdən bir gün çalıb özünüzə bir hədiyyə etmək istəyirsinizsə, bizim dadlı ideyamız var. Ləzzətli qoxusu ilə çayı müşayiət edəcək ən dadlı portağal keksini hazırlayaq! Mir.az çay içməyə qonağı olan və ya özünü ,ailəsini sevindirmək istəyənlər üçün portağallı keks reseptini təqdim edir! Kekslərdə hər zaman yumşaq bir tutarlılıq və qabarıq ,şişkin görünüş axtarırsınızsa, bu resepti bəyənəcəyinizə əminik.
Təbii ki, keksin yaxşı qalxmasının əsas səbəblərindən biri onun içində qazlı su istifadə etməyimizdir. Keks xəmirinə daxil olan qazlı su onun köpməsinə kömək edir. Onun qoxusunun sirri isə portağal qabığının və vanilin ovuşdurulmasında gizlidir!

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
15 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
3 ədəd yumurta1 stəkan şəkər tozu
1 stəkan dadsız qazlı su
4 xörək qaşığı ərimiş yağ
1 stəkan portağal şirəsi
1/2 stəkan maye yağ
4 - 4.5 stəkan un
1 paket qabartma tozu
2 paket vanil
1 ədəd portağalın qabığı
Hazırlanma qaydası:
Yumurta və şəkər tozunu çalın.
Üzərinə ərinmiş kərə yağı və maye yağı əlavə edib çalmağa davam edin.
Ardı ilə portağal suyu və qazlı su əlavə edib bir az daha qarışdırın.
Ələnmiş un və qabartma tozunu az-az məhlula əlavə edib çalın.
Ayrı bir qabda vanil və portağal qabığını ovuşdurun və xəmirinə əlavə edin.
Hazırladığınız keks xəmirini yağlanmış qəlibə tökün və əvvəlcədən isidilmiş sobada 180 dərəcə 35-40 dəqiqə bişirin. ( Bişirmə vaxtı sobanızın performansından asılı olaraq dəyişə bilər. )
Bişdikdən sonra çıxarın və otaq temperaturunda soyudub süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz