Azərbaycancaaz
Mir.az » Resept » Ad Günlərinin Parıldayan Ulduzu: Popcake Resepti

Ad Günlərinin Parıldayan Ulduzu: Popcake Resepti

269
asan resept,asan yemək resept,sadə resept
1040 calories, 10 grams fat
Ad Günlərinin Parıldayan Ulduzu: Popcake Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Desert resepti.
Bütün özəl günlərinizə rəng qatacaq dəbdəbəli popcake hazırlamağa hazırsız ? Mir.az popcake reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

10 nəfərlik

HAZIRLIQ VAXTI

25 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

40 dəqiqə

Tərkibi:

3 ədəd yumurta
1.5 stəkan şəkər tozu
1/2 stəkan qazlı su
1/2 stəkan maye yağ
2 xörək qaşığı kakao
1.5 stəkan un
1 paket qabartma tozu

Digər Tərkibi:
1 qutu qaymaq (200ml)
200 qram tünd şokolad
1/2 stəkan tort bəzəyi
1 paket çöp şiş

Hazırlanma qaydası:

Sobanı 170 dərəcəyə qoyun.
Yumurta və şəkər tozunu çırpın.
Yağ və südü əlavə edib çırpmağa davam edin.
Quru inqrediyentləri ələyib qarışıma əlavə edin və taxta qaşıqla qarışdırın.
Xəmiri soba qabına töküb 35-40 dəqiqə bişirin ( bişib-bişməməsini diş çubuğu ilə yoxlayın).
Soyumuş keksi mətbəx robotundan keçirib üzərinə qaymaq əlavə edin və yumrulayıb çöp şişlərinə keçirin.
Bu prosesi keks bitənə qədər davam edin.
Bitdikdən sonra üzərini ərinmiş şokolada batırın və tort bəzəklərindən üzərinə yapışdırın.
Qutardıqdan sonra bir müddətlik soyuducuya yerləşdirin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz