Azərbaycancaaz
Mir.az » Resept » Fərqli Bir Ləzzət : 3 Pendirli Göbələk Dolması Resepti

Fərqli Bir Ləzzət : 3 Pendirli Göbələk Dolması Resepti

109
asan resept,asan yemək resept,sadə resept
215 calories, 2 grams fat
Fərqli Bir Ləzzət : 3 Pendirli Göbələk Dolması Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Qəlyanaltı resepti.
Pendir sevənlər yaxşı bilirlər, bir cür heç vaxt kifayət etmir! Üç müxtəlif pendiri birləşdirərək hazırladığımız qarışımla göbələkləri doldurub dərhal sobaya qoyuruq. Sobadan çıxan göbələklərin içindəki pendir əriyib nar kimi qızarmış olur. Möhtəşəm qəlyanaltı kimi seçilən və 15 dəqiqə ərzində tez hazırlanması ilə süfrələrinizdə daimi yer tutacaq göbələk reseptini mütləq sınamalısınız. İstəyirsinizsə, xırda doğranmış təzə göyərti ilə də süfrəyə verə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

3 xörək qaşığı krem pendir
3 xörək qaşığıpendir
3 xörək qaşığı kəsmik
3 xörək qaşığı kərə yağı (yumşaq)
1 diş sarımsaq
1/2 çay qaşığı qırmızı bibər tozu
12 ədəd göbələk
2 xörək qaşığı zeytun yağı
1/2 çay qaşığı duz

Hazırlanma qaydası:

Pendirlər, yağ, əzilmiş sarımsaq və qırmızı bibər tozunu hamar olana qədər mikserdən keçirin.
Göbələkləri yuyub qurudun və ortasındakı sapı çıxarıb duzlayın.
Hazırladığınız içliyi göbələklərin içinə qoyub yağlanmış soba qabına düzün və əvvəlcədən 200 dərəcə qızdırılmış sobada pendirlər qızarana qədər -təxminən 15 dəqiqə bişirin.
Sobadan çıxardıqdan sonra isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz