Azərbaycancaaz
Mir.az » Resept » Badımcan Sevməyən Belə Dadına Heyran Qalar:Rum Börəyi Resepti

Badımcan Sevməyən Belə Dadına Heyran Qalar:Rum Börəyi Resepti

29
asan resept,asan yemək resept,sadə resept
615 calories, 6 grams fat
Badımcan Sevməyən Belə Dadına Heyran Qalar:Rum Börəyi Resepti

Yemək Haqqında:

Rum mətbəxindən Qəlyanaltı resepti.
Badımcanın mövsümündə hazırlaya biləcəyiniz çox asan və dadlı qızartma resepti.Üzərindəki pendirlə qızardılmış badımcanın birləşməsi badımcan yeməyənləri belə valeh edecek , onlar da çox bəyənəcək.
Kəsmiklə hazırlanan bu sevimli yunan resepti çox daha qənaətlidir.Üstəlik Mir.az hazırlanma qaydasını və reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

6 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

2 ədəd badımcan (çəp kəsmə)

Pendirli içlik üçün:
200 qram kəsmik
2 ədəd yumurta
1/2 dəstə şüyüd (doğranmış)
1 çay qaşığı duz
1/2 çay qaşığı qara istiot
3 xörək qaşığı qarğıdalı nişastası

Qızartmaq üçün:
1.5 stəkan maye yağ

Hazırlanma qaydası:

Badımcanları oval olaraq kəsin və duzlu suda 15 dəqiqə saxlayın.
Bir qabda kəsmik, yumurta, şüyüd, duz, istiot və qarğıdalı nişastasını qarışdırın.
Duzlu suda saxladığınız badımcanları mətbəx dəsmal ilə qurulayın.
Hazırladığınız kəsmikli məhlulu badımcanların üzərinə qoyun və yarımkürə formasına salıb isti yağda əvvəlcə badımcan tərəfini, sonra isə digər -kəsmikli tərəfini qızılı rəng alana qədər qızardın.
Hazır olduqdan sonra qızardılmış Rum börəklərini isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz