Azərbaycancaaz
Mir.az » Resept » Çox Şəfalı : Doyurucu Tərəvəz Şorbası Resepti

Çox Şəfalı : Doyurucu Tərəvəz Şorbası Resepti

138
asan resept,asan yemək resept,sadə resept
825 calories, 8 grams fat
Çox Şəfalı : Doyurucu Tərəvəz Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Xüsusilə soyuq qış günlərində lif, minerallar və vitaminlərlə dolu, ədviyyatların harmoniyası ilə dadlı şorba resepti hazırlamağa nə deyirsiz? Qış fəslinin ən gözəl ləzzətlərini bir araya gətirərək ləzzətli şorba hazırlamağınızı,içinizi isitmənizi, qarnınıza ziyafət vermənizi istəyirik.Mir.az sizi tərkibindəki tərəvəz və göyərti ilə bol miqdarda C vitamini almağa və immunitet sistemini qorumağa ,gücləndirməyə dəvət edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 4 xörək qaşığı zeytun yağı
  • 1 ədəd soğan
  • 3 diş sarımsaq
  • 3 ədəd kərəviz sapı
  • 2 ədəd kök
  • 2 ədəd pomidor
  • 1 çay qaşığı zəncəfil
  • 2 çay qaşığı duz
  • 1 çay qaşığı qara istiot
  • 1 çay qaşığı nanə
  • 1 çay qaşığı kəklikotu
  • 1 ədəd təzə ətotu( mərzə )
  • 1/2 dəstə ispanaq
  • 1/2 stəkan kuskus
  • 1 litr toyuq suyu
  • 2 stəkan su
  • 1 xörək qaşığı parmesan (hər qab üçün, istəyə görə)

Hazırlanma qaydası:

Kiçik kub formasında doğranmış soğanı zeytun yağında qızardın və üzərinə doğranmış sarımsağı əlavə edin.
Xırda doğranmış kərəviz saplarını, doğranmış yerkökü və doğranmış pomidorları növbə ilə əlavə edib qarışdırın.
Sürtgəcdən keçilmiş zəncəfil, xırda doğranmış ispanaq,kuskus,duz, istiot, nanə, kəklikotu, təzə ətotu yarpaqlarını əlavə edib qarışdırın.
Sonda toyuq bulyonu və suyu əlavə edib qapağı bağlı halda tərəvəzlər bişənə qədər qaynadın.
Bişdikdən sonra süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz