Azərbaycancaaz
Mir.az » Resept » Vitamin Qaynağı :Soğan Şorbası Resepti

Vitamin Qaynağı :Soğan Şorbası Resepti

304
asan resept,asan yemək resept,sadə resept
825 calories, 8 grams fat
Vitamin Qaynağı :Soğan Şorbası Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şorba resepti.
Tərkibindəki vitamin və minerallar sayəsində immunitetin gücləndirilməsində və orqanizmin xəstəliklərə qarşı müqavimətinin artırılmasında qabaqcıl qidalardan biri olan soğan çox istifadə edilməli tərəvəzdir. Onun dadı bizim bildiyimiz klassik şorbalardan çox fərqlidir və o qədər ləzzətlidir ki, soğanın dadının necə belə gözəl bir şorbaya çevrilməsinə təəccüblənəcəksiniz.
Fransız üslubunda soğan şorbasını fərqli toxunuşlarla hazırladıq. Bol şəfalı olması üçün içinə sarıkök, sarımsaq və ətirli ədviyyatlar əlavə etdik. Bu soğan şorbasının yeməklərinizin ulduzu ola biləcəyini əminliklə söyləyə bilərik.
Mir.az resepti sınamağınızı tövsiyə edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

8 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

  • 4 xörək qaşığı zeytun yağı
  • 3 diş sarımsaq
  • 1 çay qaşığı zəncəfil
  • 10 ədəd soğan
  • 1 çay qaşığı duz
  • 1 çimdik ətotu ( mərzə )
  • 1 çay qaşığı sarıkök
  • 2 ədəd dəfnə yarpağı
  • 1 çay qaşığı qara istiot
  • 1 litr su

Hazırlanma qaydası:

Sarımsaq və zəncəfili sürtgəcdən keçirib zeytun yağında qızardın.
Qazana xırda doğranmış soğanı əlavə edib suyu çəkilənə və rəngi dəyişənə qədər bişirin.
Az-az su əlavə edib soğanı karamelize edin.
Duz, ətotu, sarıkök, dəfnə yarpağı, qara bibər və su əlavə edib qaynayana qədər bişirin.
Bişdikdən sonra isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz