Azərbaycancaaz
Mir.az » Resept » İmtina Edilməyəcək Dad: Starbucks Peçenye Resepti

İmtina Edilməyəcək Dad: Starbucks Peçenye Resepti

38
asan resept,asan yemək resept,sadə resept
1515 calories, 15 grams fat
İmtina Edilməyəcək Dad: Starbucks Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Mir.az çöldə yediyiniz qədər ləzzətli Starbucks peçenye reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

15 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

100 qram kərə yağı
160 qram tünd şokolad
1 ədəd yumurta
1 stəkan şəkər tozu
1.5 stəkan un
1 paket qabartma tozu
1 stəkan damla şokolad
1 stəkan doğranmış fındıq

Hazırlanma qaydası:

Şokoladı və yağı qazançada əridin.
Qarışığı qarışdırma qabına tökün və ilkin temperatur getdikdən sonra 1 yumurta və şəkər tozu əlavə edib çalın.
Un və qabartma tozunu əlavə edib çalmağa davam edin.
Damla şokolad və fındıq əlavə edib qarışdırın.
Yağlı kağız sərilmiş soba nimçəsinə istədiyiniz formada hazırlayıb düzün və əvvəlcədən isidilmiş sobada 160 dərəcə 15 dəqiqə bişirin.
Bişdikdən sonra çay və ya qəhvənin yanında süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz