Partlamadan Yeyilməli: Yanardağ Peçenye Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Fərqlilik istəyirsinizsə,bu resept sizin üçündür! Vulkana bənzəyir, lakin bu peçenyelər ləzzətlə partlayır! Bol şokoladlı və xırtıldayan dadı ilə vulkan peçenyeləri çay saatlarınıza əlavə sevinc qatacaq, hər kəs resepti istəyəcək! Mir.az ağızda əriyən və ləzzətli şokoladlı vulkan peçenyesi reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
20 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
15 dəqiqəTərkibi:
125 qram otaq temperaturunda kərə yağı1 ədəd yumurta
1/2 stəkan şəkər kirşanı ( pudra şəkər )
1/2 stəkan nişasta
1 paket qabartma tozu
1 paket vanil
2,5 - 3 stəkan un
Üzəri üçün:
80 qram şokolad kremi (nutella )
2 xörək qaşığı Antep fıstığı tozu
Hazırlanma qaydası:
Dərin bir qarışdırıcı qabda un istisna olmaqla peçenye xəmiri üçün lazım olan bütün inqrediyentləri qarışdırın.
Yavaş-yavaş unu qarışığa əlavə edin və xəmir qulaq məməsi kimi olana qədər yoğurun.
Yoğrulmuş xəmirdən qoz böyüklüyündə parçalar götürüb yuvarlaq forma verdikdən sonra bıçağın tərs hissəsi ilə üzərinə diaqonal xətlər çəkin.
Bunu bütün peçenye xəmirinə tətbiq edin.
Peçenyeləri yağlı kağız ilə örtülmüş soba qabına qoyub 180 dərəcədə 15 dəqiqə bişirin.
Ortası ulduz formasında açılan peçenyelərin ulduz formalı hissəsinə sıxma torbasına tökdüyünüz şokolad kremini sıxıb fıstıq səpdikdən sonra süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz