Azərbaycancaaz
Mir.az » Resept » Maqnezium Anbarı: İspanaq Salatı Resepti

Maqnezium Anbarı: İspanaq Salatı Resepti

66
asan resept,asan yemək resept,sadə resept
2 calories, 2 grams fat
Maqnezium Anbarı: İspanaq Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Maqnezium çatışmazlığı çox yayılmış bir problemdir. Nəzərə alsaq ki, biz müntəzəm olaraq sağlıqlı qidalar istifadə etmirik və immunitetimiz zəifləyir.Amma 100 qram ispanaq gündəlik maqnezium ehtiyacımızın 20%-ni qarşılayır. Lakin bişdikdə qiymətli mineralların 30-40%-ni itirir. İspanağı çiy yediyimiz zaman onun bütün faydalı minerallarından 100% faydalanmış olacağıq.
Zəiflik, yorğunluq, əsəbilik, diqqətsizlik, yuxu pozğunluğu, sinir-bağırsaq pozğunluqları, əzələ ağrıları, yüksək təzyiq və depressiya maqnezium çatışmazlığının əlamətlərindəndir. Aşağıda təsvir edəcəyim salat, təbii olaraq gündəlik qəbul etməniz lazım olan maqneziumu qarşılayacaq. Balqabaq və günəbaxan tumu, düyü, buğda və yulaf kəpəyi ən yüksək səviyyədə maqnezium ehtiva edir. İstifadə edəcəyiniz 500 qram çiy ispanaq gündəlik maqnezium ehtiyacınızı da qarşılayacaq.Mir.az ispanaq salatı reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ


Tərkibi:

  • 500 qram ispanaq
  • 1 xörək qaşığı balqabaq toxumu
  • 1 xörək qaşığı günəbaxan tumu
  • 100 qram düyü
  • 1/2 ədəd limon
  • 2 xörək qaşığı zeytun yağı
  • 1 stəkan su
  • 1/2 çay qaşığı duz-istiot

Hazırlanma qaydası:

İspanağı yaxşıca yuyub suyunu süzməsi üçün kənara qoyun.
Düyüyə 1 stəkan su əlavə edib qaynadın. Qaynadılmış düyünü süzüb kənarda saxlayın.
İspanağı doğrayın və bütün inqrediyentləri qarışdırın.
Limon, zeytun yağı, duz və istiotdan ibarət salat sosu hazırlayın.Sousu ispanaq qarışımının üzərinə tökün və yaxşıca qarışdırın.
Salatınız hazırdır.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz