Azərbaycancaaz
Mir.az » Resept » Xırtıldayan Ləzzət: Şirin Nachos Resepti

Xırtıldayan Ləzzət: Şirin Nachos Resepti

18
asan resept,asan yemək resept,sadə resept
25 calories, 2 grams fat
Xırtıldayan Ləzzət: Şirin Nachos Resepti

Yemək Haqqında:

Meksika mətbəxindən Desert resepti.
Tez, asan və çox dadlı desert hazırlamaq istəyirsinizsə, sizin üçün əla reseptimiz var! Xırtıldayan lavaş ,banan və çiyələyin mükəmməl harmoniyası və onu müşayiət edən karamel və şokolad sousu bu desertdə aparıcı rol oynayır! Bildiyiniz nachos deyil, amma dadına baxdığınızda çox sevəcəyiniz şirinmi,şirin nachosdur!
İstəyirsinizsə, üzərinə müxtəlif meyvələr və müxtəlif souslar əlavə edərək də hazırlaya bilərsiniz. Qəhvəyi şəkəri tozu yoxdursa, adi şəkər tozundan istifadə edə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

5 dəqiqə

Tərkibi:

1 ədəd lavaş
1 çay qaşığı kərə yağı (otaq temperaturunda)
1 xörək qaşığı qəhvəyi şəkər
1 çay qaşığı darçın tozu
1 ədəd banan
6 ədəd çiyələk
1 xörək qaşığı karamel sousu
1 xörək qaşığı şokolad sousu

Hazırlanma qaydası:

Lavaşın üzərinə yumşaq kərə yağını fırçanın köməyi ilə sürtün.Ardı ilə qəhvəyi şəkər tozu və darçın səpib üçbucaq şəklində doğrayın.
Əvvəlcədən isidilmiş 190 dərəcə sobada,yağlı kağızı ilə örtülmüş soba nimçəsində 5 dəqiqə qızardın.
Xırtıldayan lavaş üçbucaqlarını süfrəyə qoyun və üzərinə dilimlənmiş banan və çiyələkləri yerləşdirin. Nəhayət, üstünə karamel və şokolad sousu gəzdirib süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz