Azərbaycancaaz
Mir.az » Resept » Şəkər Tozu Yox Un Yox: Bananlı Əncirli Peçenye Resepti

Şəkər Tozu Yox Un Yox: Bananlı Əncirli Peçenye Resepti

33
asan resept,asan yemək resept,sadə resept
1220 calories, 12 grams fat
Şəkər Tozu Yox Un Yox: Bananlı Əncirli Peçenye Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Şirniyyat resepti.
Peçenye hazırlamaq üçün artıq un, şəkər və hətta yağa ehtiyacınız yoxdur.Mir.az karbohidratlardan,şəkərdən və sağlıqlı olmayan yağlardan uzaq durmaq istəyənlər üçün super resept təklif edir.Qəlyanaltı və ya səhər yeməyi üçün hazırlaya biləcəyiniz bu peçenyedə unu yetişmiş banan və kokos, şəkər tozunu isə quru əncir və kişmiş əvəz edir. Kokos və qoz olanda əlavə yağa da ehtiyac yoxdur.
Üstəlik, yoğurmağa ehtiyac qalmadan cəmi 10 dəqiqə ərzində hazırlanır. Bişirdikcə darçın qoxusu yayılır və 20 dəqiqədən sonra çölü xırtıldayan, içi yumşaq olan enerji bombası çıxır.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

  • 1 ədəd yetişmiş banan
  • 4 ədəd quru əncir
  • 2 xörək qaşığı kişmiş
  • 1/2 stəkan kokos
  • 1/2 stəkan qoz ləpəsi
  • 1 çay qaşığı darçın
  • 1 çay qaşığı qabartma tozu

Hazırlanma qaydası:

Ənciri 5 dəqiqə qaynar suda isladın.
Banan və yumşaldılmış ənciri doğrayıb qida prosessorundan keçirin. (Tam yetişmiş banandan istifadə etdiyinizə əmin olun.Yetişmiş bananlar daha şəkərli olduğundan, xəmirdə şəkər balansını tənzimləyəcəklər.Daha şirin bir peçenye əldə etmək istəyirsinizsə, ona bir az bal əlavə edə bilərsiniz.)
Bütün inqrediyentləri qarışdırın və bərk bir xəmir əldə edin. Bu xəmiri 12 bərabər hissəyə bölün və əllərinizlə yuvarlayaraq formaya salın.
Peçenyeləri yağlı kağızı ilə örtülmüş soba nimçəsinə qoyub əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən 20 dəqiqə bişirin.
Bişdikdən sonra peçenyelərinizi sobadan çıxarıb çay və ya qəhvənin yanında süfrəyə verin.

NUŞ OLSUN😋.



Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz