Anadolu Qoxar : Türkiyə Mətbəxindən Məşhur Tarhana Şorbası Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şorba resepti.
Bütün reseptlər arasında tarhana şorbası, şübhəsiz ki, ən çox Anadolu qoxan ,torpaq iyi verəndir. Turş halda içilir və günün istənilən saatı, hətta sahurda belə türklərin arzu etdiyi ,içdiyi məşhur bir şorbadır. Mir.az Türkiyə mətbəxinə məxsus tarhana şorbası reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
6 nəfərlikHAZIRLIQ VAXTI
5 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
20 dəqiqəTərkibi:
4 xörək qaşığı tarhana tozu1 xörək qaşığı quru nanə
7 stəkan su ( olarsa, ət və ya toyuq suyu )
1 xörək qaşığı günəbaxan yağı
1 xörək qaşığı kərə yağı
1 xörək qaşığı tomat pastası
1 çay qaşığı duz
1 diş sarımsaq (əzilmiş)
Hazırlanma qaydası:
Toz halında olan tarhananı böyük bir qarışdırıcı qaba töküb üzərinə nanə tozunu və otaq temperaturundakı 2 stəkan suyu ( varsa,ət vəya toyuq suyu) əlavə edib çəngəl ilə qarışdırın. Təxminən 15 dəqiqə otaq temperaturunda tarhananı yumşalması üçün gözləyin.
Bu vaxt,maye yağ və kərə yağını böyük bir qazana əlavə edib orta istilikdə əridin. Əzilmiş sarımsaq və tomat pastasını əlavə edib qovurun.
Üzərinə yumşaldılmış tarhana qarışığını və duz əlavə edib qarışdırın.
Sonda qalan 5 stəkan suyu da qazana əlavə edib hərdən qarışdıraraq qatılaşanadək qədər bişirin.
Qaynayan şorbanı gözləmədən isti servis edin.
Bişdikcə qatılaşan bir şorba olduğundan, daha sonra istifadə edəcəksinizsə,su əlavə etməyi məsləhət görürük.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz