Azərbaycancaaz
Mir.az » Resept » Qatıqlı Noxud Salatı Resepti

Qatıqlı Noxud Salatı Resepti

233
asan resept,asan yemək resept,sadə resept
410 calories, 4 grams fat
Qatıqlı Noxud Salatı Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Salat resepti.
Mir.az qatıqlı noxud salatı reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

15 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

10 dəqiqə

Tərkibi:

1 stəkan qaynadılmış noxud
2 stəkan qatıq
1 ədəd qovrulmuş qırmızı bibər
2 diş sarımsaq
2 xörək qaşığı zeytun yağı
1 qaşığı qırmızı bibər tozu
1 çay qaşığı duz
1 çimdik cəfəri

Hazırlanma qaydası:

Qatıqlı Noxudlu Salat Reseptinin İpucu
Noxudu bir gecə əvvəl suda isladıb ertəsi gün qaynadıqdan sonra istifadə edə bilərsiniz və ya hazır qaynadılmış konserv də ala bilərsiniz. Qırmızı bibəri sobada qovura bilərsiniz və ya qovrulmuş da ala bilərsiniz.

Qovrulmuş bibərləri soyub incə doğrayın.
Qatığın içinə sarımsağı sürtgəcdən keçirin və ardı ilə duz və doğranmış ,qovrulmuş bibər əlavə edib qarışdırın və servis boşqabına çəkin.
Qaynamış noxudları zeytun yağı ilə tavada təxminən 5 dəqiqə qızardıb qırmızı bibər tozunu əlavə edib 1-2 dəqiqə daha qovurun.
Ocağı söndürüb boşqaba çəkdiyiniz qatıq qarışığının ortasına qovrulmuş noxudları qoyun və
bir çimdik xırda doğranmış cəfəri ilə bəzədikdən sonra süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz