Azərbaycancaaz
Mir.az » Resept » Sobada Bişən Ləzzət : Nar Kimi Qızarmış Kotlet Resepti

Sobada Bişən Ləzzət : Nar Kimi Qızarmış Kotlet Resepti

82
asan resept,asan yemək resept,sadə resept
430 calories, 4 grams fat
Sobada Bişən Ləzzət : Nar Kimi Qızarmış Kotlet Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Bu kotletlər həm çox asandır ,həm də çox sağlıqlıdır! Yağda qızardılmadığı üçün həm kalorisi az, həm də dadı gözəldir! Bu gözəl kotletlərin yanına istədiyiniz yeməyi hazırlayıb sevdiklərinizi sevindirə bilərsiniz.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

20 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

30 dəqiqə

Tərkibi:

[left]500 qram qiymə
1 ədəd soğan (xırda doğranmış )
2 diş sarımsaq (əzilmiş)
1 ədəd yumurta
1,stəkan çörək qırıntıları
1 çay qaşığı kimyon
1/2 çay qaşığı qara istiot
1/2 çay qaşığı üyüdülmüş qırmızı bibər
1/2 çay qaşığı duz
2 xörək qaşığı maye yağ (istəsəniz zeytun yağı)

Hazırlanma qaydası:

Qiyməni dərin bir qaba töküb üzərinə bütün inqrediyentləri əlavə edib yaxşıca yoğurun.
Təxminən 6-7 dəqiqə yoğurduqdan sonra 15 dəqiqəlik soyuducuya qoyun.
Soyuducudan çıxardıqdan sonra kotletləri formaya salın.
Kotletləri yağladığınız soba qabına düzüb üzərinə yağ gəzdirin və əvvəlcədən isidilmiş 190 dərəcə sobada üzəri qızılı rəng alana qədər təxminən 25-30 dəqiqə bişirin.
Bişdikdən sonra süfrəyə verə bilərsiniz.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz