Qoxusu Möhtəşəm: Pendirli Gül Börəyi Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Börək resepti.
Pendirli börəklərin ən gözəli deyə biləcəyimiz pendirli qızılgül börəyi həm yumşaq, həm də inanılmaz dərəcədə dadlıdır! Bir fincan çayla belə doya bilməyəcəksiniz.
Mir .az çay saatının əvəzolunmazı, evinizin sevimlisi olacaq gül börəyi reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
4 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
25 dəqiqəTərkibi:
6 ədəd yağlı xəmir400 qram pendir
Sous üçün:
1 ədəd yumurta
1/2 stəkan süd
1/3 stəkan maye yağ
Üzəri üçün:
1 ədəd yumurtanın sarısı
1 xörək qaşığı qara zirə
Hazırlanma qaydası:
Hər bir yağlı xəmiri 4 bərabər hissəyə bölün.
Bir qabda yumurta, süd və yağı ( börəyin xırtıldayan olmasını istəyirsinizsə,1 xörək qaşığı sirkə əlavə edin ) qarışdırın.
Hazırlanmış sousu xəmirlərin üzərinə sürtüb pendiri xəmirin enli tərəfinə səpin və rulon kimi bükün. Bükülmüş xəmirləri içəri qatlayaraq qızılgül formasını verin.
Bütün xəmirlər üçün eyni prosesi tətbiq etdikdən sonra börəkləri soba nimçəsinə düzün. Üzərinə yumurta sarısı sürtüb qara zirə səpin və 180°C sobada üzəri qızılı rəng alana qədər bişirin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz