Azərbaycancaaz
Mir.az » Resept » Səhər Yeməyi Hazırlansın: Mayasız Çörək Resepti

Səhər Yeməyi Hazırlansın: Mayasız Çörək Resepti

381
asan resept,asan yemək resept,sadə resept
425 calories, 4 grams fat
Səhər Yeməyi Hazırlansın: Mayasız Çörək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Çörək resepti.
Mir.az mayalanmaya və mayaya ehtiyac olmadan hazırlaya biləcəyiniz dadlı çörək reseptini təqdim edir. Üstəlik hazırlamaq və bişirmək çox praktikdir.
İrlandiya mənşəli "sodalı çörək" mayasız hazırlanır. Çox az yoğrulur və gözləməyə ehtiyac yoxdur. Amma soda ilə hazırlandığından dərhal istifadə olunmalı çörəklərdəndir.

NEÇƏ NƏFƏR ÜÇÜN

4 nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

25 dəqiqə

Tərkibi:

350mqram ağ un
1.5 çay qaşığı soda
160 ml. kefir ( ayran və ya süddə ata bilırsiniz )
1.5 çay qaşığı duz

Hazırlanma qaydası:

Sobanı 180 dərəcədə qızdırmağa başlayın.
Un, soda və duzu dərin bir qaba ələyin.
Qarışığa kefir əlavə edib yoğurmağa başlayın. Əlavə una ehtiyac olarsa , əlavə edib yoğurun və yuvarlaq bir forma verin.
Çörəyi yağlanmış soba nimçəsinə qoyun və üzərinə bıçaqla xətlər çəkib bir az un səpin.
Əvvəlcədən isidilmiş sobada təxminən 20-30 dəqiqə bişirin.
Çörəyiniz bişəndə​n 5 dəqiqə sonra dilimləyib süfrəyə verə bilərsiniz.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz