Azərbaycancaaz
Mir.az » Resept » Asan Göbələkli Toyuq Sote Resepti

Asan Göbələkli Toyuq Sote Resepti

33
asan resept,asan yemək resept,sadə resept
220 calories, 2 grams fat
Asan Göbələkli Toyuq Sote Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Yemək resepti.
Evə çox yorğun gələndə tez və doyurucu bir şam yeməyi hazırlamaq istəyirsinizsə, bu resept xilaskarınız olacaq. İstədiyiniz tərəvəz və ətin birləşməsindən hazırlanan reseptdir və istədiyiniz ədviyyatı əlavə edə bilərsiniz. Mir.az bu gün sizə bu reseptlərdən ən məşhurlarından birini təqdim edir: Asan hazırlanan göbələkli toyuq sote.

NEÇƏ NƏFƏR ÜÇÜN

2 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

2 ədəd toyuq filesi
100 qram göbələk
1 ədəd qırmızı bibər
1 ədəd yaşıl bibər
3 xörək qaşığı maye yağ
1 ədəd pomidor (sürtgəcdən keçilmiş)
1 çay qaşığı duz
1 çay qaşığı qara istiot

Hazırlanma qaydası:

Tavaya yağı töküb azca qızdırın və doğranmış toyuq filesini əlavə edib qovurun.
Ardı ilə bibər əlavə edib qovurmağa davam edin.
Göbələkləri də əlavə edin.Göbələklər öz şirələrini buraxana qədər qovurun.
Sonda pomidor, duz və ədviyyatı əlavə edin. Pomidorun suyu çəkiləndə yemək hazırdır!

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz