Bol Şokoladlı : Asan Keks Resepti
Yemək Haqqında:
Türkiyə mətbəxindən Şirniyyat resepti.
Asan və qənaətcil reseptlərdən biri olan şokoladlı keks resepti bütün zamanların ən çox sevilən reseptlərindən biridir.Onu ərinmiş şokolad, qoz-fındıq və meyvələrlə bəzəmək də olar.
Mir.az şokoladlı keks reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN
12 nəfərlikHAZIRLIQ VAXTI
10 dəqiqəBİŞİRMƏ MÜDDƏTİ
40 dəqiqəTərkibi:
3 ədəd yumurta1 stəkan şəkər tozu
1 stəkan süd
1/2 stəkan maye yağ
1 paket vanil
3 xörək qaşığı kakao
3 xörək qaşığı şokolad kremi
2 stəkan un
1 paket qabartma tozu
Hazırlanma qaydası:
Əvvəlcə yumurta və şəkər tozunu çalın.
Üzərinə vanil, süd, yağ, kakao və şokoladlı fındıq kremini əlavə edib qarışdırın.
Ən son qabartma tozunu və unu əlavə edib qarışdırdıqdan sonra 180 dərəcədə isidilmiş sobada 35-45 dəqiqə bişirin.
Sobadan çıxardıqdan sonra otaq temperaturunda soyumasını gözləyin və dilimləyib süfrəyə verin.
NUŞ OLSUN😋.

Şərhlər 0
Şərh Yaz