Azərbaycancaaz
Mir.az » Resept » Sadəcə 3 İnqrediyentlə : Şokoladlı Kruvasan Resepti

Sadəcə 3 İnqrediyentlə : Şokoladlı Kruvasan Resepti

42
asan resept,asan yemək resept,sadə resept
1215 calories, 12 grams fat
Sadəcə 3 İnqrediyentlə : Şokoladlı Kruvasan Resepti

Yemək Haqqında:

Fransa mətbəxindən Şirniyyat resepti.
Kruvasan sevənlər burda? Cəmi 3 inqrediyentdən ibarət bu resept səhər yeməyi, kofe və ya qonaq gələndə hazırlaya biləcəyiniz ən asan kruvasan reseptlərindən biridir. Mir.az asan kruvasan reseptini təqdim edir.

NEÇƏ NƏFƏR ÜÇÜN

12 nəfərlik

HAZIRLIQ VAXTI

5 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

15 dəqiqə

Tərkibi:

6 ədəd milföy xəmiri
12 ədəd tünd şokolad
1 ədəd yumurta sarısı

Hazırlanma qaydası:

Xəmiri uzununa və yandan üçbucaq şəklində kəsin və bir parça tünd şokolad qoyub qalın tərəfdən nazik tərəfə doğru büküb kruvasan formasını verin. Bütün milföy xəmirləri üçün eyni prosesi təkrar edin.
Üzərlərinə yumurta sarısı çəkin və 170 dərəcə qızdırılmış sobada üzəri qızılı rəng alana qədər bişirin.
Bişdikdən sonra çayın yanında süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz