Azərbaycancaaz
Mir.az » Resept » Sadəcə 4 İnqrediyentlə : Milföylü Mini Börək Resepti

Sadəcə 4 İnqrediyentlə : Milföylü Mini Börək Resepti

34
asan resept,asan yemək resept,sadə resept
1 böyük nimçə20 calories, 1 böyük nimçə grams fat
Sadəcə 4 İnqrediyentlə : Milföylü Mini Börək Resepti

Yemək Haqqında:

Türkiyə mətbəxindən Börək resepti.
Milföy xəmiri qat-qat qalxan,bol yağlı teksturası ilə damaqda ləzzətli bir dad buraxan xəmir növüdür. Evdə hazırlamaq çox çətin olduğundan ümumiyyətlə hazır olanlara üstünlük verilir. Bu səbəbdən mətbəxdə həyat qurtaran inqrediyentlərdən birinə çevrilir. Şübhəsiz ki, pendir milföyə ən çox yaraşan ləzzətlərdən biridir. Bu ayrılmaz ikili bu dəfə kiçik-kiçik ölçülərdə bişirilir.
Mir.az milföy xəmirindən hazırlanan mini börək reseptini təqdim edir.
Dondurucudan çıxarıb otaq istiliyinə gətirərək milföy xəmirindən istifadə edin.Onlar buzlu olduqda qırılacaq və forma verə bilməyəcəksiniz.
İçliyini də istədiyiniz kimi dəyişə bilərsiniz. Odur ki,sizə uğurlar!

NEÇƏ NƏFƏR ÜÇÜN

1 böyük nimçə nəfərlik

HAZIRLIQ VAXTI

10 dəqiqə

BİŞİRMƏ MÜDDƏTİ

20 dəqiqə

Tərkibi:

10 ədəd milföy

İçlik üçün:
1 kasa pendir

Üzəri üçün:
1 ədəd yumurta sarısı
3 xörək qaşığı maye yağ

Hazırlanma qaydası:

Otaq temperaturundakı milföy xəmirini bıçaq və ya xəmir kəsici ilə ortadan çarpaz şəkildə yarıya qədər kəsin.
Hər parçanın ortasına pendir qoyub bükün və yağlı kağızla örtülmüş soba nimçəsinə qoyun.
Bütün xəmir və pendirlər bitənə qədər bu prosesi təkrarlayın.
Yumurta sarısını yağla çalın.
Fırçanın köməyi ilə mini börəklərin üzərinə yumurta sarısını çəkib əvvəlcədən isidilmiş 180 dərəcə sobada təxminən -20-25 dəqiqə nəzarətli şəkildə bişirin.
Mini börəklər yaxşıca qızarandan sonra sobadan çıxarıb isti halda süfrəyə verin.

NUŞ OLSUN😋.

Şərhlər 0

Şərh Yaz
Hələ heç bir şərh yoxdur, lakin ilk şərhi yazan siz ola bilərsiniz!

Şərh Yaz